Dünyanın ən böyük təyyarə məzarlığı  səhrada tapıldı
01 oktyabr 2025 14:03 (UTC +04:00)

Dünyanın ən böyük təyyarə məzarlığı səhrada tapıldı

0

ABŞ-ın Arizona ştatının Tucson səhrasında dünyanın ən böyük aviasiya dayanacağı, təyyarə qəbiristanlığı kimi tanınan AMARG yerləşir. Burada ABŞ-a məxsus minlərlə hərbi təyyarə saxlanılır. Bu gizli baza sadəcə “qəbiristanlıq” deyil, həm də müdafiə infrastrukturunun əsas elementi hesab olunur. Burada saxlanılan texnikanı lazım gəldikdə yenidən bərpa etmək mümkündür.

Lent.az xarici mediaya istinadla bildirir ki, rəsmi adı 309 AMARG (Aerospace Maintenance and Regeneration Group — Aerokosmik Texnikanın Baxımı və Bərpası Qrupu) olan bu obyekt minlərlə təyyarənin saxlandığı və bəzilərinin yenidən xidmətə qaytarıldığı unikal mərkəzdir.

1000 hektardan çox ərazini əhatə edən nəhəng aviasiya dayanacağında müxtəlif tipli 4000-dən artıq təyyarə saxlanılır: köhnə hərbi-nəqliyyat təyyarələrindən tutmuş müasir qırıcılar və pilotsuz uçuş aparatlarınadək. Baza həmçinin “The Boneyard” (“Skelet”) adı ilə tanınır. ABŞ-ın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Sahil Mühafizəsi və hətta NASA üçün əsas saxlanma mərkəzi kimi xidmət göstərir.

Əslində bu aviasiya dayanacağı ABŞ üçün strateji aktiv hesab olunur: o, ordunu ehtiyat hissələri ilə təmin edir və hərbi qüvvələrin döyüş hazırlığını dəstəkləyir.

İkinci Dünya müharibəsindən sonra yaradılan AMARG təyyarə qəbiristanlığı ABŞ müdafiə infrastrukturunun əzəl olunmaz bir hissəsinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar