53 il əvvəl  qızı öldürmüşdü, indi tutuldu
01 oktyabr 2025 13:34 (UTC +04:00)

53 il əvvəl qızı öldürmüşdü, indi tutuldu

0

ABŞ-da gənc qadına qarşı törədilmiş və 50 ildən çox müəmmalı qalan qətl işi açılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, polis nəhayət 21 yaşlı Canet Kuturun qatilini saxlayıb. 1972-ci il oktyabrın 13-də cinayətkar qızın evinə pəncərədən daxil olub onu bıçaqla öldürərək, qaçıb. O vaxtdan bəri 50 ildən çox qaranlıq qalmış cinayət yalnız indi açılıb. Qatilin 77 yaşlı Corc Lejer olduğu müəyyən edilib.

Məlum olub ki, Lejer hələ 1972-ci ildə istintaqa məlum idi, lakin kifayət qədər sübut olmadığı üçün ittiham irəli sürülməyib. 2021-ci ildə isə 1984-cü ildə baş vermiş bir qadının oğurluğu ilə bağlı araşdırmada irəliləyiş əldə edildikdən sonra iş yenidən açılıb.

İstintaq 1960-cı illərdən bəri oxşar üslubda törədilmiş bir sıra həll olunmamış cinayətləri aşkar edib və bu, detektivlərə Lejerə qarşı yeni dəlillər təqdim edib. Onu başqa cinayətə görə 25 il həbs cəzası çəkdiyi “Makdugol-Uoker” həbsxanasında yenidən həbs ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar