Quba rayonunda erkən nikah ləğv edilib.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilb ki, 15 yaşlı qızın 35 yaşlı şəxsə ərə verilməsinin qarşısı alınıb.
Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
İstintaq tədbirləri davam etdirilir.