"Oleq Bakınski"ni xilas edən məktub  - Məhkəmədən YENİ QƏRAR
02 oktyabr 2025 14:00 (UTC +04:00)

"Oleq Bakınski"ni xilas edən məktub - Məhkəmədən YENİ QƏRAR

0

Kiyev Dairə İnzibati Məhkəməsi “Oleq Bakınski” kimi tanınan iş adamı Oleq Krapivinin  Ukraynada yaşama icazəsini bərpa edib.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, məhkəmə onun yaşama hüququnun ləğv olunması ilə bağlı qərarı qanunsuz hesab edərək ləğv edib. Müvafiq qərarı 2025-ci il sentyabrın 19-da hakim Alyona Kuşnova verib.

Qeyd olunur ki, bu araşdırma üç ildən çox davam edib. 2022-ci il 11 iyul tarixli, Kiyev şəhəri Milli Polisinin Strateji Araşdırmalar İdarəsinin sənədində göstərilib ki, Krapivin “Ukrayna ərazisində Azərbaycan kriminal mühitinin liderlərindən biridir, cinayətkar qrupların fəaliyyətini təşkil edir, əlaqələndirir, maddi cəhətdən təmin edir və bu qruplar Ukrayna ərazisində ağır və xüsusilə ağır cinayətlər törədirlər”.

Sənəddə iddia olunurdu ki, Oleq Andreyoviç Kiyevə gələrək ilk növbədə Rusiya Federasiyası əsilli və onlara yaxın şəxslərdən ibarət kriminal elementləri qaldırmaqla kütləvi etiraz aksiyaları təşkil etməyi planlaşdırır.

Bu təqdimatın nəticəsi olaraq, 2022-ci il 26 iyulda Kiyev miqrasiya xidməti Krapivinin Ukraynada yaşama icazəsini ləğv etmək və iş adamına qarşı “dəmir pərdə” tətbiq etmək barədə qərar qəbul edib. Paralel olaraq bir sıra KİV-lərdə “Oleq Bakinski” haqqında Rusiya ilə əlaqələndirilən mənfi yönümlü yazılar yayımlanıb.

Qeyd olunur ki, bu qərar verilərkən Oleq Andreyeviç artıq xaricdə olub. O, 2022-ci il martın 30-da Ukraynanı tərk edib. Bununla belə, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı hücumunun əvvəlindən “Bakinski” Kiyevdə olub və həm Peçersk təpələrində həmvətənləri arasında (onları Ukraynanı müdafiə etməyə çağıraraq), həm də Azərbaycan KİV-lərində açıq şəkildə Ukrayna tərəfdarı mövqeyini ifadə edib.

Məhkəmə materiallarından məlum olur ki, Ukrayna rəsmilərinin Oleq Krapivin barəsində qəbul etdiyi qərarların apellyasiya prosesi bütün mərhələlərdən keçib və əvvəlcə onun üçün mənfi nəticələnib. Lakin sonrakı uğurun “açarı” 2024-cü il iyunun 6-na aid bir məktub olub. Həmin məktubu Kiyev şəhərindəki Dövlət İstintaq Bürosunun İdarəsi “Bakinskinin” vəkillərinin sorğusuna cavab olaraq göndərib. Məktubda qeyd olunub ki, Krapivinin 2019-cu il iyunun 13-də Kiyevdə baş verən hadisələrlə bağlı başlanmış cinayət işində heç bir prosessual statusu yoxdur.

Qeyd edək ki, Oleq Krapivinə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin 6 aylıq sınaq müddəti müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 570

Oxşar yazılar