Fransada gözəllik müsabiqəsinin  iştirakçıları zorlanıb
15 sentyabr 2025 19:46 (UTC +04:00)

Fransada gözəllik müsabiqəsinin iştirakçıları zorlanıb

0

"Miss Fransa"nın keçmiş prezidentinin müavini Yuber Qeren gözəllik müsabiqəsinin iştirakçılarına dəfələrlə təcavüz edildiyini bildirib. 

Lent.az bildirir ki, bu barədə “The Times” xəbər verir.

Qerenin ittihamları "Miss Fransa: xəyaldan reallığa" adlı yeni kitabından məlum olub. O, müsabiqə iştirakçıları və təşkilatçıları ilə söhbətlərə əsaslanaraq, müsabiqənin pərdəarxası haqqında açıq danışıb.

Beləliklə, müsabiqənin qaliblərindən biri tac aldıqdan bir neçə saat sonra təcavüz edildiyini söyləyib. Qerenin məlumatına görə, 1981-2010-cu illərdə ən azı 10 qız müsabiqə rəhbərləri tərəfindən zorakılığa məruz qalıb. Söhbət təkcə təcavüzdən deyil, həm də oral seksə məcbur edilməkdən gedir.

Kişinin sözlərinə görə, qızlar onlara göstərilən təzyiqdən şikayət etməyiblər. Qeren, təcavüzdə iştirak edən insanların hələ də müsabiqə rəhbərliyi ilə əlaqəli olduğunu bildirib. Adlarını açıqlamayıb.

Qerenin kitabında yazılanların həqiqiliyinə dair suallar artıq ortaya çıxıb. Məsələn,"Miss Fransa - 2015" Kamilla Serf onunla heç vaxt ünsiyyət qurmadığını, ancaq mətndə ona bəzi sözlər yazdığını gördüyünü söyləyib.

"Miss Fransa-2002", Qerenin onunla danışmağa belə çalışmadığını və özü də yarışmada şiddət haqqında heç eşitmədiyini deyibb.

"Miss Fransa" rəhbərliyi Qerenin ittihamlarını nəzərə aldıqlarını qeyd edib, lakin bunların hələ sübut olunmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar