İlıq suyun 7 faydası
02 oktyabr 2025 16:52 (UTC +04:00)

İlıq suyun 7 faydası

0

Həkimlərin fikrincə, məhz ilıq su orqanizm üçün ən çox fayda gətirir. Su orqanizm üçün həyati vacib elementdir. Onun çatışmazlığı zamanı bədən normal fəaliyyətini dayandırır. Xüsusilə ilıq su sağlamlığa kompleks şəkildə müsbət təsir göstərir.

Lent.az ilıq suyun 7 faydasını təqdim edir:

İlıq su mübadilə proseslərini sürətləndirir, orqanizmin sağlam metabolizmini dəstəkləməyə kömək edir. Günü onun qəbulu ilə başlamaq bağırsaqları və digər sistemləri oyatmağın ən yaxşı yollarından biridir. O, həzm sisteminin işini yüngülləşdirir, qidanın yaxşı həzm olunmasına şərait yaradır və qəbizliyin qarşısını alaraq defekasiyanı daha rahat və ağrısız edir.

İlıq su soyuqdəymə əlamətlərinin  yüngülləşməsinə kömək edir. O, öskürəyi, boğaz ağrısını və burun axıntısını azaldır, bəlğəmi duruldaraq tənəffüs yollarından çıxarılmasını asanlaşdırır, həmçinin boğazdakı iltihabı zəiflədir. Burunun ilıq su ilə yuyulması tıxanıqlıq əlamətlərinin azalmasına kömək edir.

Menstruasiya zamanı ağrıdan əziyyət çəkən qadınlar ilıq su içdikdə vəziyyətin yüngülləşdiyini görə bilərlər. O, qarın əzələlərini boşaldır və spazmların intensivliyini azaldır.

İlıq su orqanizmdə detoksikasiya prosesini gücləndirir. Bədənin temperaturunu artıraraq tərləməni aktivləşdirir ki, bu da toksinlərin çıxarılmasına kömək edir. Xüsusilə limon əlavə edilmiş su daha güclü detoks effekti göstərir.

Mütəmadi olaraq ilıq su içmək dərinin vəziyyətinə də müsbət təsir edir. O, hüceyrələrin bərpasını dəstəkləyir, elastikliyi və möhkəmliyi artırır, dərini daha hamar və parlaq edir.

Bundan əlavə, dəri gözenəklərini təmizləyir və akne ilə mübarizədə kömək edir, iltihaba səbəb olan amilləri azaldır.

İlıq su saçların da sağlamlığına müsbət təsir göstərir. O, saç köklərində sinir uclarını aktivləşdirir, bu isə onların böyüməsini, strukturunu və sağlamlığını yaxşılaşdırır. Daimi istifadədə saçlar daha yumşaq, asan daranılan olur və daha sürətlə uzanır.

İlıq su qan dövranını yaxşılaşdırır. Bu, əzələlərin və sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. O, damarların ətrafındakı piy qatlarının parçalanmasına kömək edir və sinir sisteminin işinə müsbət təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar