Ayşe Barım xəstəxanaya yerləşdirildi
02 oktyabr 2025 16:13 (UTC +04:00)

Ayşe Barım xəstəxanaya yerləşdirildi

0

Ev dustaqlığına buraxılan qalmaqallı menecer Ayşe Barım yaşadığı mənzildə qəfil huşunu itirib.

Lent.az-ın məlumatına görə, o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Fuat Uğurun TV100 üçün yazdığı məqalə kino və serial sektorunda böyük səs-küyə səbəb olmuşdu. Həmin yazıda idarəetmə şirkətlərinin “inhisar cəhdləri” ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Demir arasındakı münasibətin “5 milyon dollarlıq reklam anlaşması” olduğu iddiası da yer almışdı.

Bu qalmaqaldan sonra Rəqabət Şurası bir sıra idarə şirkətləri, xüsusilə də Ayşe Barımın rəhbəri olduğu və sənət aləmində çoxlu məşhurları təmsil edən “ID İletişim” haqqında araşdırma başladıb.

Ayşe Barım yanvarın 27-dən həbsdə saxlanılırdı. O, 248 gün həbsdə qaldıqdan sonra dünən məhkəmə qərarı ilə ev dustaqlığına buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar