Alimlər süni fotosintez sistemi  hazırladılar
03 oktyabr 2025 02:41 (UTC +04:00)

Alimlər süni fotosintez sistemi hazırladılar

0

Alimlər günəş işığını birbaşa kimyəvi enerjiyə çevirən yüksək effektivlikli süni fotosintez sistemi hazırlayıblar.

Lent.az xəbər verir ki, yeni katalizator əsaslı qurğu karbon qazını parçalayaraq hidrogen və digər enerji daşıyıcı maddələr əldə etməyə imkan verir.

Tədqiqatçılar bildiriblər ki, bu metod təbii fotosintezdən təxminən üç dəfə daha məhsuldardır.

İnnovasiya gələcəkdə fosil yanacaqlardan asılılığın azaldılmasına və atmosferdəki CO₂ səviyyəsinin aşağı salınmasına xidmət edə bilər.

Hazırda sistem laboratoriya şəraitində sınaqdan keçirilir və sənaye tətbiqi üçün prototiplər üzərində iş gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar