Dövlətin qadağasına görə körpəni diri-diri basdırdılar
03 oktyabr 2025 11:18 (UTC +04:00)

Dövlətin qadağasına görə körpəni diri-diri basdırdılar

0

Hindistanın Madhya-Pradeş ştatında valideynlər üç günlük oğullarını diri-diri basdırmağa cəhd ediblər, lakin körpə möcüzə nəticəsində sağ qala bilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ailənin dördüncü övladı olan körpəni valideynləri motosikletlə meşəyə apararaq daşların altında gizlədiblər və onu tək buraxıblar. Lakin yerli sakinlər təsadüfən daşların altından gələn körpə səsini eşidib “improvizə olunmuş məzarı” açaraq onu xilas ediblər. Uşaq təcili şəkildə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları hər iki valideyni 38 yaşlı Bablu Dandoliyanı və onun 28 yaşlı həyat yoldaşı Racqumarini saxlayıb. İlkin istintaq versiyasına görə, körpəni öldürməyə cəhdin səbəbi dövlət qulluqçularına iki övladdan çox sahib olmağı qadağan edən yerli qanunvericilik olub.

Qeyd olunur ki, körpənin atası dövlət təhsil müəssisəsində çalışır və dördüncü uşağın dünyaya gəlməsi ilə bağlı işini itirməkdən qorxub. Bununla yanaşı, ailə daha əvvəl üçüncü övladının doğum faktını rəsmi qurumlardan gizlədə bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar