Türkiyənin tanınmış aktrisası Hande Erçel Osmanlı sultanı obrazı ilə izləyiciləri valeh edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Mövlana: Məst-i Eşq” filmində Hande Erçelin Osmanlı üslubunda kostyumu və zərif duruşu göz oxşayıb.
Məşhur aktrisa “Məst-i Eşq” filmində Kimya Xatun obrazını canlandırır. Güclü ssenarisi və təsirli aktyor ifaları ilə hələ nümayişə girmədən çox danışılan film, beynəlxalq kino aləmində də böyük marağa səbəb olub.