Toy kortejində "iki təkər" qaldıran  azərbaycanlıya cinayət işi açıldı
01 noyabr 2025 10:43 (UTC +04:00)

Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı

0

Rusiyanın Saratov şəhərində avtoxuliqanlıq edən azərbaycanlıya cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şexurdina küçəsində günorta saatlarında baş verib. 27 yaşlı kişi üzərində Azərbaycan Respublikasının bayraqları quraşdırılan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toy kortejinin tərkibində hərəkət edərkən, xuliqanlıq niyyəti ilə digər yol hərəkəti iştirakçılarının nəqliyyat vasitələrindən təhlükəsiz istifadə etməsinə təhlükə yaradan hərəkətlər edib.

O, avtomobili “iki təkər” qaldırıb, qarşı hərəkət zolağına çıxıb və orada hərəkət edən digər avtomobillərin yoluna çıxıb.

Faktla bağlı Cinayət işi açılıb. Hazırda iş məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar