"Tess" çayları  təhlükəlidir? - AQTA ARAŞDIRDI
15 oktyabr 2025 16:22 (UTC +04:00)

"Tess" çayları təhlükəlidir? - AQTA ARAŞDIRDI

0

"Greenfield" və "Tess" çayları ilə araşdırmanın nəticəsi elan olunub.

Lent.az-a AQTA-dan bildirilib ki, Rusiyadan idxal olunan "Greenfield" və "Tess" çay çeşidlərinin müayinəsi nəticəsində uyğunsuzluq müəyyən edilməyib.

Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.

Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən - "Greenfield" və "Tess" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. 

Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar