İş üçün gələn qızın orqanlarını satıb  meyitini yandırdılar
15 oktyabr 2025 18:07 (UTC +04:00)

İş üçün gələn qızın orqanlarını satıb meyitini yandırdılar

0

Myanmada belaruslu bir qadın turist orqan alverinə qurban gedib, daha sonra isə cəsədi yandırılıb. Qız model kimi işləmək üçün Tailanda gedib, lakin cinayətkar dəstənin əsarətinə düşüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, belaruslu qadın xaricdə iş axtarırmış. Banqkoka çatandan sonra ona podyumda işləmək vədi veriblər, lakin əvəzində Myanmaya aparılıb və varlı müştəriləri aldatmaqla məşğul olmağa məcbur edilib. Ondan gözəl görünmək, “sahiblərinə” xidmət göstərmək və insanları aldatmaq tələb olunub.

Oktyabrın 4-də onunla əlaqə tamamilə kəsilib. Əvvəlcə cinayətkarlar azad olunması üçün onun qohumlarından 500 min dollar tələb ediblər, bir neçə gün sonra isə qızın öldüyünü və cəsədinin kremasiya edildiyini bildiriblər. Hazırda ailəsi mərhumun külünü vətənə qaytarmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar