Türkmənistanda yüksək həyat səviyyəsi səbəbindən maaşların artırılmaması  təklif edildi
26 sentyabr 2025 15:41 (UTC +04:00)

Türkmənistanda yüksək həyat səviyyəsi səbəbindən maaşların artırılmaması təklif edildi

0

Türkmənistanda əmək haqqı və müavinət artımlarını dayandırmağın vacibliyi bəyan edilib, çünki ölkədə artıq “yüksək həyat standartı” var.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sentyabrın 20-də Xalq Maslahatının (Ali Şura – red.) iclasında fəxri ağsaqqal Yazmirat Atamıradov çıxış edib. O, rəsmi Arkadağ titulunu daşıyan şuranın sədri Qurbanqulu Berdiməhəmmədova açıq şəkildə müraciət edib.

"İnsanlar arasında sosial-məişət şəraitinin yüksək olduğunu nəzərə alaraq, əmək haqlarının, pensiyaların, dövlət müavinətlərinin, tələbə təqaüdlərinin artırılmasının dayandırılmasını təklif edirəm. Sizdən bu təklifi dəstəkləməyinizi səmimi qəlbdən xahiş edirik", - Atamıradov bildirib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində Türkmənistandakı kimi güzəştlər yoxdur, ona görə də pul əmək haqqının artırılmasına deyil, ölkənin və digər sahələrin inkişafına sərf edilməlidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar