Lamin Yamal İspaniya millisindən uzaqlaşdırıldı
11 noyabr 2025 16:27 (UTC +04:00)

Lamin Yamal İspaniya millisindən uzaqlaşdırıldı

0

İspaniya Futbol Federasiyası Lamin Yamalın tibbi müayinəsinin milli komanda ilə razılaşdırılmadan aparılmasına görə narazılığını bildirib.

Lent.az xəbər verir ki, bu barədə federasiyanın açıqlamasında qeyd olunub:

“İspaniya Kral Futbol Federasiyasının tibbi xidməti bildirir ki, milli komanda ilə rəsmi təlim toplanışının başladığı noyabrın 10-da Lamin Yamalın qasıq nahiyəsindəki narahatlığı aradan qaldırmaq məqsədilə invaziv radiofrekans proseduru keçməsindən xəbər tutduqda təəccüb və narahatlıq keçirib. Bu prosedur milli komandanın tibbi heyətinə əvvəlcədən məlumat verilmədən həyata keçirilib. Komanda həkimləri hadisə barədə yalnız dünən axşam saat 22:40-da daxil olan hesabatdan öyrəniblər. Həmin sənəddə həkim tərəfindən 7–10 günlük istirahət tövsiyə olunduğu qeyd edilib”.

“Yaranmış vəziyyəti nəzərə alaraq və hər zaman futbolçunun sağlamlığını, təhlükəsizliyini və rifahını prioritet hesab edərək, İspaniya Kral Futbol Federasiyası oyunçunu bu toplanışdan azad etmək qərarına gəlib. Biz onun tezliklə tam sağalacağına inanır və ona sürətli bərpa arzulayırıq,” — federasiyanın mətbuat xidməti əlavə edib.

İspaniya millisi 15 noyabrda 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə Gürcüstan yığması ilə qarşılaşacaq, 18 noyabrda isə evdə Türkiyə ilə oyun keçirəcək. Hazırda İspaniya millisi E qrupunda 4 oyundan 12 xal toplayaraq birinci yerdə qərarlaşıb.

“Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal İspaniya millisinin heyətində 23 oyun keçirib və 6 qol vurub. 2024-cü ildə o, milli komanda ilə birlikdə Avropa çempionu olub.

2025-ci ildə Yamal “Qızıl top” mükafatı uğrunda səsvermədə ikinci yeri tutaraq, yalnız PSJ hücumçusu Usman Dembeləyə uduzub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar