Yeniyetmə reperin konsertindən sonra özünü öldürdü
11 noyabr 2025 10:26 (UTC +04:00)

Yeniyetmə reperin konsertindən sonra özünü öldürdü

0

Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmə intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, gəncin meyiti səhər saatlarında şəhərin Krasnoqvardeyski rayonundakı Peyzajnaya küçəsində tapılıb.

İlkin məlumata görə, o, Sankt-Peterburqa bir reperin konsertinə gəlib. Gənc, meyitinin tapıldığı mənzili elan saytlarından biri vasitəsilə kirayələyib. Otağa baxış zamanı kənar müdaxiləyə və ya intihar qeydinə işarə edən heç bir iz tapılmayıb. Toplanmış məlumatlar əsasında istintaq orqanları tərəfindən intihara səbəb olma maddəsi üzrə cinayət işi açılıb.

Hazırda baş vermiş hadisənin bütün hallarını müəyyənləşdirmək məqsədilə zəruri prosessual tədbirlər və operativ-axtarış işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar