İranda ŞOK: qarnından 90 narkotik paketi  çıxdı
11 noyabr 2025 11:33 (UTC +04:00)

İranda ŞOK: qarnından 90 narkotik paketi çıxdı

0

İranın Kərəc şəhərində orta yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib.

Lent.az MOUZE teleqram kanalına istinadla xəbər verir ki, həkimlərin sözlərinə görə, aparılan müayinələr zamanı xəstənin mədə və bağırsaqlarında çoxsaylı paketlər aşkarlanıb. Yırtılma və ölüm riski səbəbindən pasiyent dərhal təcili əməliyyata alınıb.

Cərrahi müdaxilə nəticəsində xəstənin orqanizmindən 90 narkotik paketi çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar