Qeyri-adi:  Nişanlısı Kriştiano Ronaldonun yatmazdan əvvəl nə etdiyini  göstərdi
10 noyabr 2025 16:27 (UTC +04:00)

Qeyri-adi: Nişanlısı Kriştiano Ronaldonun yatmazdan əvvəl nə etdiyini göstərdi

0

Əfsanəvi futbolçu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes pərəstişkarlarına yatmazdan əvvəl etdiyi rutini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, özünün və portuqaliyalı futbolçunun üzlərində maskalar olan və yatmazdan əvvəl dərilərini yaxşılaşdırmaq üçün gözəllik prosedurları edən şəklini paylaşıb. Corcina həmçinin fotoya "Gecəniz xeyirə qalsın" başlığı ilə şərh yazıb.

Xatırladaq ki, Kriştiano Ronaldo 9 ildir Corcina ilə görüşür və ötən yay nəhayət, ona nəhəng bir daşla bahalı üzük hədiyyə edərək evlilik təklifi edib.

Əlavə etmək lazımdır ki, portuqaliyalı sevgilisi ilə birlikdə beş uşaq böyüdür, onlardan ikisi Corcinanın özündən dünyaya gəlib. Digər üçü isə surroqat analar vasitəsilə dünyaya gəlib.

Qeyd etmək lazımdır ki, Kriştiano Ronaldo və ailəsi Səudiyyə Ərəbistanında yaşamağa davam edir və o, burada “Əl-Nəsr”də oynayır. Ötən mövsümün sonunda portuqaliyalı Səudiyyə klubu ilə müqaviləsini daha iki il uzadıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar