Futbol tarixinin ən yaxşı  məhsuldar ötürmələri:   Messi ikinci yerdədir
10 noyabr 2025 09:45 (UTC +04:00)

Futbol tarixinin ən yaxşı məhsuldar ötürmələri: Messi ikinci yerdədir

0

Lionel Messi bu yaxınlarda karyerasında 400-cü məhsuldar ötürməsini edib, lakin bu belə birinci yeri tutmaq üçün kifayət etməyib. 

Lent.az-ın xarici mediaya ostinadla xəbərinə görə, onu karyerasında 404 məhsuldar ötürmə edən əfsanəvi macarıstanlı Ferens Puşkaş geridə qoyub.

İlk 7-lik belədir:

1. Puşkaş - 404

2. Messi - 400

3. Pele - 369

4. Kroyf - 358

5. Tomas Müller - 352

6. Luis Suares - 317

7. Kevin de Bruyne – 316

Messi 21-ci əsrin ən yaxşı oyun qurucusudur, lakin bütün zamanların rekordundan cəmi dörd məhsuldar ötürmə geridədir. Onun Puşkaşı keçməsi sadəcə an məsələsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar