İmişlidə FACİƏ:  hamilə qadın bətnindəki körpə ilə birgə  xəstəxanada öldü - YENİLƏNİB
10 noyabr 2025 11:31 (UTC +04:00)

İmişlidə FACİƏ: hamilə qadın bətnindəki körpə ilə birgə xəstəxanada öldü - YENİLƏNİB

0

Noyabrın 9-da saat 16:30-da 42 yaşlı qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.

Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40-da hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib.

***
10:18

İmişlidə hamilə qadın xəstəxanada ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, rayonun Cəfərli kənd sakini, 42 yaşlı Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın uşaq dünyaya gətirmədən ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar