Siyəzəndə evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Yenikənd kəndində qeydə alınıb.
Qətl törətdiyi üçün əvvəllər məhkum olunan kənd sakini 56 yaşlı Zahid Ağamirzə oğlu Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun nədən öldüyü bilinmir.
Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.