Hacıqabulda "Hyundai" "Jiquli" ilə toqquşdu: sürücü və qardaşı arvadı  öldü - YENİLƏNİB
10 noyabr 2025 15:21 (UTC +04:00)

Hacıqabulda "Hyundai" "Jiquli" ilə toqquşdu: sürücü və qardaşı arvadı öldü - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə “VAZ-21011” markalı minik avtomobilinin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Samir Malik oğlunun və bir nəfər (qadın cinsli) sərnişinin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “VAZ-21011” markalı minik avtomobilinin bir nəfər (qadın cinsli) sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***
14:45

Hacıqabul rayonunun Muğan-Meyniman avtomobil yolunun Şirvan kanalınım üstündə yerləşən körpüdə baş vermiş qəzada ölən şəxslərin kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, "Hyundai və "VAZ021011" markalı avtomobillərin toqquşması nəticəsində Muğan qəsəbə sakinləri, "VAZ-21011" markalı avtomonilin sürücüsü 69 yaşlı Abbasov Sabir Malik oğlu və onun qardaşı arvadı 72 yaşlı Abasova Nəcabət Nəbi qızı hadisə yerində ölüblər.

Sürücünün həyat yoldaşı - Muğan qəsəbə sakini, 69 yaşlıTutuxanım Abbasova xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

***
13:47

Hacıqabulda baş verən qəzada iki nəfər ölüb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib.

"Hyundai" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 809

Oxşar yazılar