Beyinsiz doğulan  qız 20 yaşını qeyd edir - MÖCÜZƏ
11 noyabr 2025 10:04 (UTC +04:00)

Beyinsiz doğulan qız 20 yaşını qeyd edir - MÖCÜZƏ

0

Həkimlərin proqnozlarına baxmayaraq, hidranensefaliyalı amerikalı qadın 20 yaşını qeyd edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Nebraska ştatından olan Aleks Simpson hidranensefaliya adlı nadir xəstəliklə dünyaya gəlib. Bu xəstəlik zamanı insanın demək olar ki, beyni olmur.

Lakin həkimlərin “beş yaşına qədər yaşamaz” proqnozlarına baxmayaraq, Aleks 20 yaşını qeyd edib. Onun ailəsi bunu tibbi bir möcüzə adlandıraraq, qızın heyrətamiz dərəcədə həssas və dözümlü olduğunu vurğulayır.

“İyirmi il əvvəl çox qorxmuşduq, amma inancımız bizə həqiqətən də yaşamağa kömək etdi”, deyə qızın atası Şon Simpson bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar