Məşhur kripto milyarderi  həyat yoldaşı ilə səhrada  qətlə yetirildi
11 noyabr 2025 07:48 (UTC +04:00)

Məşhur kripto milyarderi həyat yoldaşı ilə səhrada qətlə yetirildi

1

Bir ay əvvəl Dubayda yoxa çıxan rusiyalı kripto investoru Roman Novak və həyat yoldaşı Anna Novakın meyitləri səhranın dərinliyində parçalanmış halda tapılıb.

Lent.az xəbər verir ki, cütlüyün pul müqabilində azad edilmək üçün qaçırıldığı və pulları ödənilmədiyi üçün öldürüldüyü bildirilir.

Əldə olunan məlumata görə cütlüyün meyitləri Dubayın səhra ərazisində parçalanaraq basdırılmış vəziyyətdə aşkarlanıb.

Novak və onun həyat yoldaşı sonuncu dəfə Dubayın Hatta rayonunda, kimliyi məlum olmayan bəzi investorlarla görüşməyə getdiyi məlum olub.

Araşdırmalar göstərir ki, cütlük bu görüşdən sonra qaçırılıb. Hadisədən sonra ailəyə cütlüyün böyük məbləğdə pul müqabilində azad edilməsini tələb edən təhdid mesajları gəldiyi məlum olub.

Lakin pul ödənilmədiyi üçün Roman və Anna Novak qətlə yetirilərək səhranın dərinliyində basdırılıb.

Araşdırmaya rəhbərlik edən Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko qətllə əlaqəli üç şübhəlinin saxlanıldığını açıqlayıb.

Saxlanılanlar arasında sabiq polis məmuru da var. Şübhəlilərin hadisədən sonra Rusiyaya qayıtdıqları müəyyən edilib.

Məlumata görə, cütlüyün kripto aktivləri qətlin əsas səbəbi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 284

Oxşar yazılar