Ev sahibəsinə 11 milyonluq  su pulu gəldi
11 noyabr 2025 15:10 (UTC +04:00)

Ev sahibəsinə 11 milyonluq su pulu gəldi

0

Rusiyanın Amur vilayətində qadına səhvən 11 milyon rubl, təxminən (230 min manat) su pulu yazılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, sakinə 11.5 milyon rubl məbləğində su pulu borcu göstərilən qəbz göndərilib.

Məlumata görə, problem məlumatların emalı zamanı baş verən texniki səhv nəticəsində yaranıb.

Qadın qəbzin şəklini sosial şəbəkələrdə paylaşdıqdan sonra hadisə geniş müzakirə doğurub. Tətil bitdikdən sonra kommunal xidmət əməkdaşları xətanı tezliklə aradan qaldırıb və doğru məbləğ göstərilən yeni qəbz göndəriblər.

Hadisə texniki səhv səbəbindən yaranmış nadir hal kimi qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar