Avtomobildə hansı oturacaq  ən təhlükəlidir? - ARAŞDIRMA
11 noyabr 2025 15:50 (UTC +04:00)

Avtomobildə hansı oturacaq ən təhlükəlidir? - ARAŞDIRMA

0

Ekspertlər qəza zamanı avtomobilin hansı hissəsinə ən çox ziyan dəydiyini müəyyən ediblər.

Sistem artıq təhlükəsizliyi artırsa da, mütəxəssislər, xüsusən də sürücü olmayan sərnişinlərin qorunması baxımından onu daha da təkmilləşdirmək üçün yollar axtarmağa davam edirlər.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, sürücü təlim platforması “Zutobi”nin həmtəsisçisi Lukas Voldenbek qeyd edib ki, "mərkəzi arxa oturacaq əksər sərnişinlər üçün ən təhlükəsiz hesab olunur".

O, 2008-ci ildə aparılan bir araşdırmaya istinad edərək bildirib ki, bu oturacaqda oturan sərnişinlərin ölümcül qəzalardan sağ çıxma şansı ön oturacaqlarda oturan sərnişinlərlə müqayisədə 46 faiz daha yüksəkdir. Hətta arxa oturacaqda oturan sərnişinlər arasında belə, mərkəzi oturacaq sağ qalma nisbətini 13 faiz artırır.

Teddy bear strapped into the backseat of a car

Bu, avtomobilin dizaynı ilə bağlıdır: müasir avtomobillər toqquşma zamanı zərbəni udan və sərnişinləri qoruyan əzilmə zonaları ilə təchiz olunub. Mərkəzi arxa oturacaq əzilmə zonalarından ən uzaqda yerləşdiyindən, toqquşma zamanı daha az birbaşa zərbəyə məruz qalır.

"Arxa, ön və yan zərbələrdə mərkəzi oturacaq düzgün şəkildə bağlandıqda ciddi zədələnmə nisbəti daim ən aşağı olur", - Voldenbek vurğulayıb.

2022-ci ildə aparılan bir araşdırma, arxa oturacaqda oturan və təhlükəsizlik kəməri taxmayan sərnişinlərin daha ciddi xəsarətlərlə xəstəxanaya yerləşmə ehtimalının ön oturacaqdakı sərnişinlərə nisbətən daha yüksək olduğunu müəyyən etmişdi. Bunun əsas səbəbi, arxa oturacaqda oturan sərnişinlərin təhlükəsizlik kəməri taxmama ehtimalının təxminən beş dəfə çox olmasıdır.

Valdenbek ümumiləşdirib: heç bir yer tamamilə təhlükəsiz deyil - məsuliyyətli davranış daha vacibdir. Mütəmadi olaraq təhlükəsizlik kəməri taxmaq, diqqətli olmaq və düzgün hazırlıqlı olmaq hər səfərdə riski azaltmağın əsas yolları olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar