“Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan C130 tipli hərbi yük təyyarəmiz Gürcüstanda qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb”.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlamasında bildirib.
***
16:07
Gürcüstan və Azərbaycan sərhədi yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
Lent.az Gürcüstan mediasına istinadla bildirir ki, hadisə ilə bağlı xəsarət alanlar barədə məlumat hələlik açıqlanmayıb, qəzaya dair təfərrüatlar da paylaşılmır.
KİV-in yazdığına görə, qəzaya uğrayan təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir.