Kişi avaralıq edən  əmisi oğlunu öldürdü - "İşləmirdi"
15 oktyabr 2025 14:22 (UTC +04:00)

Kişi avaralıq edən əmisi oğlunu öldürdü - "İşləmirdi"

0

Türkiyədə kişi dostu ilə birləşərək əmisi oğlunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Yüreğir qəsəbəsində qeydə alınıb.

38 yaşlı Hüseyn Balkan yaşadığı evin qarşısında əmisi oğlu 35 yaşlı Resul Balkan və onun 28 yaşlı dostu Uğurcan U. ilə qarşılaşıb. Resul Balkan əmisi oğlundan “Niyə işləmirsən?” deyə soruşub. Bundan sonra tərəflər arasında dava düşüb. Dava zamanı Hüseyn Balkan döyülərək bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb. Cinayətkarlar isə hadisə yerindən qaçıblar. Polisin keçirdiyi əməliyyat nəticəsində onlar ikisi də gizləndikləri Sarıçam qəsəbəsindəki evdə ələ keçiriliblər.

Resul Balkan ifadəsində əmisi oğlunun avara-avara gəzdiyini və işləmədiyini deyib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar