Bananlarınız  bir günə qaralır?   - Ömrünü 2 həftəyə qədər uzadacaq sirr
15 oktyabr 2025 13:39 (UTC +04:00)

Bananlarınız bir günə qaralır? - Ömrünü 2 həftəyə qədər uzadacaq sirr

0

Bananlar çox sürətlə yetişir və qısa zamanda qəhvəyi, yumşaq meyvələrə çevrilirlər.

Lent.az-ın xəbərinə görə, onları daha uzun müddət təzə saxlamağın sadə bir üsulu var.

Niyə bananlar tez xarab olur?

Supermarketlərdə satılan bananların çoxu yaşıl olur, lakin evə gətirildikdən sonra çox tez saralır. Cəmi bir-iki gün ərzində bananların üzərində qəhvəyi ləkələr əmələ gəlir və bir çox insan belə olduqda onları yemək istəmir. Xoşbəxtlikdən, bu prosesi yavaşlatmaq və bananları ən azı iki həftə təzə saxlamaq üçün bir neçə üsul mövcuddur.

Supermarketdən başlayın

Bu proses elə supermarketdə başlayır: bananları plastik paketdə olmayan halda seçin. Çünki bəzi supermarketlər hələ də plastik qablaşdırmadan istifadə edir və bu cür bağlamalar, xüsusilə də hava dəlikləri olanlar, bananların daha tez yetişməsinə səbəb olur.

Bananlar da digər bir çox meyvə kimi etilen qazı ifraz edir. Bu qaz meyvələrin yetişmə prosesini sürətləndirir. Əgər bananlar plastik torbada saxlanılarsa, qaz içəridə toplanır və nəticədə bir-iki gün ərzində meyvə qaralır.

Bananları harada saxlamaq olmaz və “saplağı” nə etmək lazımdır?

Bananları meyvə qabında saxlamaq düzgün deyil. Onları mətbəx masasının üzərində, otaq temperaturunda, nəm, günəş işığı və istilik mənbələrindən uzaq bir yerdə saxlamaq məsləhətdir. “Çox isti yerlər yetişmə prosesini sürətləndirir, buna görə bananları soba və ya digər istilik cihazlarının yanında saxlamaqdan çəkinin".

Bananları salxımdan ayırmaq da onların daha uzun müddət təzə qalmasına kömək edir. Çünki etilen qazı bananın saplağından çıxır. Ona görə də qazın təsirini azaltmaq və bananların tez yetişməsinin qarşısını almaq üçün saplaqları streç plonka və ya qida plyonkası ilə bükmək olar.

Bu, qazın meyvə boyu yayılmasının qarşısını alır və nəticədə bananlar daha uzun müddət təzə qalır. Əgər bu üsul sizə çətin görünürsə, bananların havada qalmasını təmin edən “banan ağacı” adlı xüsusi asılqanlardan istifadə edə bilərsiniz. Bir çox insan bananlar tam yetişəndən sonra onları soyuducuya qoyur. Bu halda bananlar təxminən iki həftə saxlana bilər. Lakin qabığında qəhvəyi ləkələr və ya yumşalma müşahidə olunsa belə, daxili hissə tamamilə normal və yeyilə bilən vəziyyətdə qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar