2025-ci ilin payızı üçün ən yaxşı qadın ətirləri
15 oktyabr 2025 14:08 (UTC +04:00)

2025-ci ilin payızı üçün ən yaxşı qadın ətirləri

0

Ağac ətirləri öz dərinliyi, istiliyi və zərifliyi ilə tanınır. Payız ağac notlu ətirlərdən istifadə etmək üçün ideal vaxtdır. Məhz bu ətirlər küçədə hava sərinləşəndə insana istilik və rahatlıq hissi bəxş edir.

Lent.az bu ətirləri təqdim edir:

Bəzi payız ətirləri olduqca ədviyyatlıdır ambra və müşk notlarını daşıyır. Digərlərində isə gizli şirinlik və qourmand (şirniyyatvari) xarakter var. Ağac ətirləri yasəmən və ya qızılgül kimi yüngül çiçək notları ilə gözəl uzlaşır. Çox vaxt onlar ağac və vanil çalarları ilə tamamlanır.

Byredo Bal d'Afrique Absolu de Parfum

Ətir torpaq tonları berqamot və sidr notları ilə zəngindir, amma yenə də yüngüllüyünü qoruyur.

Əsas notlar: berqamot, sidr, vetiver, qara qarağat, müşk.

Dior Bois Talisman

Bu arzuolunan ətir vanil sevənlər üçün mükəmməl seçimdir, çünki o, vanilin üç variasiyasını özündə birləşdirir: vanil dəmi, vanil ekstraktı və vanilin.

Əsas notlar: sidr, vanil dəmi, vanil ekstraktı, vanilin.

Tom Ford Oud Wood

Bu parfüm bir az tüstülü, bir az da ədviyyatlıdır. O, həmçinin ladanın zərif tonları ilə zənginləşdirilib.

Əsas notlar: səndəl ağacı, Çin bibəri, sidr, ağac qatranı (oud).

Kilian Paris Sacred Wood

Bu uniseks parfüm ədviyyatlı ambrett toxumlarını səndəl ağacı, sidr və kremli balzam yağı ilə birləşdirir.

Əsas notlar: səndəl ağacı, sidr, ambrett toxumları, yerkökü toxumu essensiyası.

Maison Louis Marie No. 04 Bois de Balincourt Eau de Parfum

Bu ağac ətiri təzəliyini qoruyur. Onun tərkibində yüngül ədviyyəlik qatan darçın notu da var. Vetiver isə ətiri yaşıl notlarla balanslaşdırır.

Əsas notlar: səndəl ağacı, vetiver, ambra ağacı, darçın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar