Gəlin qayınanası və ərini  öldürüb qonşulara ehsan payladı
01 noyabr 2025 12:30 (UTC +04:00)

Gəlin qayınanası və ərini öldürüb qonşulara ehsan payladı

0

Özbəkistanda dəhşətli cinayətin üstü açılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, gənc qadınla qayınanası arasında uzun müddətdir gərgin münasibətlər olub. Yaşlı qadının oğluna qarşı həddən artıq bağlılığı və qısqanclığı vəziyyəti daha da ağırlaşdırıb. Növbəti dava mantı hazırlanması zamanı baş verib. Mübahisə zamanı əsəblərinə hakim ola bilməyən gəlin qayınanasına bıçaqla ölümcül zərbə endirib.

Cinayətin izlərini gizlətmək üçün o, meyiti hissələrə ayırıb və qalıqları evin həyətində basdırıb. Əri isə onu dayandırmağa cəhd göstərdikdə, qadın onu da öldürüb.

Diqqəti yayındırmaq üçün qadın mantını tam bişirib və onları qonşulara paylayıb. Lakin cinayət tezliklə üzə çıxıb. Məhkəmə qadını 12 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar