Rusiyada xüsusi təyinatlı qüvvələr “Giya Sverdlovski” kimi tanınan Uralın əsas “qanuni oğru”su Georgi Akoyevin ofisinə basqın edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanları 31 oktyabr gündüz saatlarında Yekaterinburqda yerləşən elit yaşayış kompleksi “Kvartal Federatsiya”ya basqın ediblər. Burada Rusiyanın kriminal dünyasının liderlərindən biri olan və “Ded Xasan” kimi tanınan Aslan Usoyanın (Ded Xasan) qardaşı oğluna məxsus ofis yerləşir. “Giya Sverdlovski” saxlanılıb, onunla birlikdə daha üç nəfər də binadan çıxarılıb.
Akoyev uzun müddət “Ded Xasan” adamı hesab olunurdu, lakin yerli “qanuni oğru”ların müqaviməti səbəbindən Uralda geniş nüfuz qazana bilməyib. 2008-ci ildə Yekaterinburqun Leninski Rayon
Məhkəməsi Giyə Sverdlovskini bir əmlakçını (rieltor) qarət etdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edib. O, həbsdə olduğu müddətdə əmisi Usoyan Moskvada “killer” tərəfindən qətlə yetirilib və həmin vaxt Giyaya da “tac” verilib.
Bir il əvvəl Giyə Sverdlovski koma vəziyyətinə düşüb və həkimlər onun həyatını xilas ediblər.
Qeyd edək ki, Akoyev Uralda regiona nəzarət səlahiyyəti uğrunda mübarizə başlayıb.

Georgi Akoyev