Bu sadə salat qan təzyiqini aşağı  salmağa kömək edir
01 noyabr 2025 16:07 (UTC +04:00)

Bu sadə salat qan təzyiqini aşağı salmağa kömək edir

0

Yüksək qan təzyiqi illərlə heç bir simptom göstərməyən, lakin ürəyə, damarlara və böyrəklərə ciddi zərər verə bilən “səssiz qatil” adlandırılır. Lakin alimlər müəyyən ediblər ki, cəmi iki sadə məhsuldan hazırlanan salat qan təzyiqini aşağı salmağa kömək edə bilər.

Bu barədə Lent.az Clinical Nutrition Research jurnalında dərc olunan araşdırmaya istinadla xəbər verir.

Nə üçün bu salat təsirlidir?

Yüksək təzyiq o deməkdir ki, ürək bədəni qanla təmin etmək üçün daha çox güc tətbiq edir. Zamanla bu, damarları zəiflədir və ürək-damar xəstəlikləri və insult riskini artırır. Hipertoniyanın əsas səbəblərindən biri çox duzlu qidalanma və tərəvəz–meyvələrin çatışmazlığıdır. Amma qidalanmada kiçik dəyişikliklər belə yaxşı nəticə verə bilər.

Araşdırmaya görə, hər gün bir həftə ərzində ispanaq qəbul etmək həm sistolik (yuxarı), həm də diastolik (aşağı) təzyiqi əhəmiyyətli dərəcədə azaldır.

Niyə məhz ispanaq?

Toronto Müqəddəs Maykl xəstəxanasının alimləri müəyyən ediblər ki, ispanaq nitratlarla zəngindir. Nitratlar damarları genişləndirir, qan dövranını yaxşılaşdırır və ürəyin iş yükünü azaldır. Araşdırmada 27 nəfər iştirak edib: ispanaqlı şorba qəbul edən qrupda (845 mq nitrat) cəmi 7 gün sonra təzyiq mühüm dərəcədə enib. Spardan (asparagus) hazırlanan şorbada nitrat çox az olduğundan bu təsir müşahidə olunmayıb.

Balsamik sirkənin rolu

2001-ci ildə aparılan başqa bir elmi iş göstərib ki, balsamik sirkədəki sirkə turşusu da təzyiqi aşağı sala bilir. O, damarların tonusunu tənzimləyən renin hormonuna təsir edir və damarların təbii şəkildə genişlənməsinə kömək edir.

Buna görə də ispanaq + balsamik sirkə salatı yalnız ləzzətli deyil, həm də sağlamlıq üçün çox faydalıdır — təzyiqi normallaşdırır, qan dövranını yaxşılaşdırır və enerjini artırır.

Təzyiqi aşağı saxlamaq üçün əlavə tövsiyələr

Balanslı qidalanma, həftədə ən azı 150 dəqiqə fiziki aktivlik, duz və kofeinin azaldılması,  alkoqolun məhdudlaşdırılması və siqareti tərgitmək və sağlam çəkiyə diqqət.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar