“Barselona” “Arsenal”ın kapitanını alır
01 noyabr 2025 18:29 (UTC +04:00)

“Barselona” “Arsenal”ın kapitanını alır

0

“Barselona” “Arsenal”ın kapitanı və yarımmüdafiəçisi Martin Edegoru transfer siyahısına daxil edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Kataloniya klubu hesab edir ki, 26 yaşlı futbolçu karyerasında ciddi dəyişikliklərə hazırdır. Bildirilir ki, blauqrana iyun ayında öz addımını atacaq.

Edegor 2021-ci ilin yayından “topçular”ın heyətində çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 205 oyunda iştirak edib, 41 qol vurub və 40 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar