Zaqatala sakinini döyüb öldürən  daha bir nəfər SAXLANILDI
01 noyabr 2025 17:05 (UTC +04:00)

Zaqatala sakinini döyüb öldürən daha bir nəfər SAXLANILDI

0

Zaqatala sakinini döyərək öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. 

Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, hadisə oktyabrın 21-də gecə saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb. Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən döyülən 41 yaşlı İsgəndər Musayev xəstəxanada ölüb. Hadisədən sonra onun atası Yusif Musayev də vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4442

Oxşar yazılar