ABŞ-ın “Southwest Airlines” aviaşirkəti artıq çəkisi olan sərnişinlərdən iki yer üçün ödəniş alınacağını açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada təyyarədə oturacaqlara sığmayan sərnişinlərdən uçuşdan əvvəl əlavə yer almaları tələb olunacağı yer alıb. Şirkətin hazırkı sisteminə görə, artıq çəkisi olan sərnişinlər ya əvvəlcədən əlavə oturacaq ala və uçuşdan sonra pulun geri qaytarılmasını tələb edə, ya da hava limanında pulsuz əlavə yer tələb edə bilər. Yeni tənzimləmə ilə əvvəlcədən ödəniş məcburi olacaq, lakin pulun geri qaytarılmasına zəmanət verilməyəcək.
Tədbirin 27 yanvar 2026-cı ildə, aviaşirkətin oturacaq təyinat sisteminə keçdiyi zaman qüvvəyə minəcəyi bildirilib.
Fərqanə Novruzova