Türkiyədə 149 hakim  futboldan uzaqlaşdırıldı
01 noyabr 2025 15:14 (UTC +04:00)

Türkiyədə 149 hakim futboldan uzaqlaşdırıldı

0

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol üzrə İntizam Şurası idman mərc oyunlarında iştirak etdiyi müəyyənləşdirilən hakimlərə cəza verib.

Lent.az xəbər verir ki, peşəkar komandaların oyunlarını idarə edən 149 hakim sanksiyaya məruz qalıb. Onlara 8 aydan 12 aya qədər müxtəlif müddətlərdə diskvalifikasiya tətbiq edilib. 

Türkiyənin elit divizionunda çalışan üç hakimlə bağlı araşdırma isə hələ davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar