Maştağada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sabunçu rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən yeniyetmə mərhumun ögey oğlu olub.
***
saat 11:18
Bakıda qətl hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 45 yaşlı Əliyev Emil Çingizoviç bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.