Cəlilabadda maşın aşıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Təklə kəndi ərazisində qeydə alınıb.
"Nissan X-Trail" markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə, avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar.
Nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.
Xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.