Gəncədə bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onlara yardım edilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Xəsarət alanlar 21 yaşlı R. Mehdiyev, 36 yaşlı Ə. Verdiyev, 22 yaşlı Ə. Nağızadə və 63 yaşlı T. Kərimovadır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır