İsrail Qəzzanı VURDU
28 oktyabr 2025 22:16 (UTC +04:00)

İsrail Qəzzanı VURDU

0

İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib.

Lent.az xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.

Məlumata görə, aviabombalardan biri şəhərin şimalında yerləşən Əl-Şifa tibb mərkəzini hədəf alıb.

Eyni zamanda, Al Mayadeen telekanalı İsrailin Qəzzanın qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsinə də zərbə endirdiyinə dair məlumat yayıb.

Qeyd edək ki, qısa müddət öncə İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına "dərhal və güclü zərbələr endirməyi” tapşırıb.

​​​​​​​Qərarın "İsrail ordusunun Qəzza zolağının cənubunda hücuma məruz qalmasından qısa müddət sonra və HAMAS-ın girovların meyitlərinin qaytarılması ilə bağlı növbəti pozuntuları" fonunda verildiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar