"Prius"la 92 kilo yararsız ət  daşıyırdı: Ağdam postunda ƏLƏ KEÇDİ
10 oktyabr 2025 14:51 (UTC +04:00)

"Prius"la 92 kilo yararsız ət daşıyırdı: Ağdam postunda ƏLƏ KEÇDİ

0

Ağdamda 92 kq yararsız ət aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a bildirilib ki, qurumun Qarabağ regional bölməsinin və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Rüstəmov Sabir Samir oğluna məxsus “Toyota Prius” markalı avtomobilə baxış keçirilən zaman 92 kq iribuynuzlu heyvan cəsədi aşkarlanıb.

Baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə, eləcə də temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar