12 yaşlı azərbaycanlı qızı ABŞ-da qatar vurub öldürdü
10 oktyabr 2025 13:18 (UTC +04:00)

12 yaşlı azərbaycanlı qızı ABŞ-da qatar vurub öldürdü

1

12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova ABŞ-da faciəvi şəkildə həlak olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, Nyu-York şəhərində sosial şəbəkə üçün təhlükəli fəndi lentə alan zamanı qatarın altına düşüb.

Bildirilir ki, faciə Bruklində, metro platformasında baş verib. Zemfira rəfiqəsi ilə birlikdə saat 3 radələrində "Marcy Avenue" stansiyasında "metro sörfingi" edərkən yıxılaraq dünyasını dəyişib.

Onunla birlikdə olan 13 yaşlı qız da hadisə zamanı həlak olub.

Zemfiranın 11 yaşlı bacısı Məryəm bildirib ki, Zemfira ailə üzvləri yatarkən evdən gizlincə çıxıb. Anası Nataliya Rudenko deyib ki, qızı "metro sörfingi" ilə maraqlansa da, ailəsinə heç vaxt belə bir şey etməyəcəyini deyirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 730

Oxşar yazılar