Bakı polisi bu qadını  axtarır, görənlər xəbər etsin - FOTO
10 oktyabr 2025 15:56 (UTC +04:00)

Bakı polisi bu qadını axtarır, görənlər xəbər etsin - FOTO

0

Bakıda qadın itkin düşüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon sakini 32 yaşlı Aygün Həsənova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.  
 
A.Həsənovanın boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli şalvar və qara rəngli jaket olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.
 
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar