Oktyabrın 9-da Abşeron rayonu ərazisində 60 yaşlı Maşallah Cəfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 57 yaşlı Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
12:31
Abşeronda qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, Mehdiabad qəsəbəsindəki "Binəqədi Gənclər Şəhərciyi"ndə qeydə alınıb.
60 yaşlı kişi gecə saatlarında yaşadığı binanın qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Polis əməkdaşları hadisəni törədənin kimliyini müəyyən edərək saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.