Bərdədə kişi evinin həyətində ölü halda tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə səhər saat 8 radələrində Körpüsındıran kəndində qeydə alınıb.
59 yaşlı Allahverdiyev Alim Möhsüm oğlunun meyiti yaşadığı evin həyətində ağaclıq ərazidə ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.