Koreya ilk mülki nüvə bunkeri  inşa edəcək
14 oktyabr 2025 06:25 (UTC +04:00)

Koreya ilk mülki nüvə bunkeri inşa edəcək

0

Cənubi Koreyanın paytaxtı Seul 2028-ci ilə qədər çoxmərtəbəli yaşayış kompleksinin altında ilk mülki nüvə bunkerini inşa edəcək.

Lent.az xəbər verir ki, bu barədə "The Korea Herald" qəzeti məlumat yayıb.

Məlumata görə, bunker 1020 nəfəri iki həftə ərzində qoruya biləcək. 

Bunker 16 mərtəbəli yaşayış kompleksinin üçüncü yeraltı mərtəbəsində 2147 kvadratmetr sahəni əhatə edəcək.

Sığınacaq ventilyasiya, su anbarı, su təchizatı və kanalizasiya sistemləri ilə təchiz olunacaq ki, sakinlər nüvə, bioloji və ya kimyəvi hücum zamanı 14 gün ərzində yaşaya bilsinlər.

Bunker fövqəladə hallar zamanı istifadə olunmadığı zaman isə ictimai fitnes mərkəzi kimi fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar