Bir ev alana 3,4 milyon dollarlıq bu avtomobil  hədiyyə olunur
08 noyabr 2025 04:48 (UTC +04:00)

Bir ev alana 3,4 milyon dollarlıq bu avtomobil hədiyyə olunur

0

Yeni bir Pagani almaq istəyirsinizsə, Mayamidə yeni bir ev almaqla xüsusi təklifdən yararlana bilərsiniz.

Lent.az xəbər verir ki, “Porsche” və Aston Martin nümunəsini izləyən, italyan istehsalçısı yeni bir göydələn tikib və hər biri 30 milyon dollara başa gələn iki penthausdan birini alan hər kəsə pulsuz yeni Utopia Roadster veriləcəyini açıqlayıb.

"Miami Edition" adlandırılan Utopia Roadster şəxsən Horacio Pagani tərəfindən dizayn edilib.

Utopia, 864 at gücü və 1100 Nm fırlanma anı istehsal edən Mercedes-AMG iki turbolu 6.0 litrlik V12 mühərriki ilə təchiz olunub. 7 pilləli mexaniki transmissiyaya ilə təklif olunan Rodster saatda 350 km sürətə çata bilər.

Avtomobildən əlavə, penthaus alıcıları yeni evlərini fərdiləşdirmək imkanına malik olacaqlar.

Əgər iki yeni penthausu ala bilməsəniz nəzərinizə çatdıraq ki, “Pagani Residences”də standart bir evin qiyməti 3,7 milyon dollardan başlayır. Lakin bura möhtəşəm Pagani Utopiya daxil deyil.

İki penthaus 2027-ci ildə tamamlanması planlaşdırılan “Pagani Residences” binasının 28-ci və 29-cu mərtəbələrində yerləşir.

30 milyon dollarlıq əmlakda beş yataq otağı və altı vanna otağı var. 140 kvadrat metrlik daha kiçik bir sahəyə malik digər 28,5 milyon dollarlıq evdə isə cəmi dörd yataq otağı və beş vanna otağı var.

“Pagani Residences” Mayamidə bir avtomobil istehsalçısı tərəfindən inşa edilən ən yeni yaşayış layihəsidir.

Qeyd edək ki, “Porsche” 195 metrlik qülləsini 10 il əvvəl tikməyə başlayıb. Aston Martin şirkəti onu 2020-ci illərin əvvəllərində tamamladıqda, 250 metr hündürlüyündə olan bu bina, 61 mərtəbədə 391 yaşayış yeri təklif edən şəhərin ən hündür yaşayış binası idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar