Gəncədə qadını bıçaqlayıb   öldürdülər - YENİLƏNİB
07 noyabr 2025 21:07 (UTC +04:00)

Gəncədə qadını bıçaqlayıb öldürdülər - YENİLƏNİB

0

Gəncədə qadını qətlə yetirən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 42 yaşlı Ramin Alıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlə yetirilən Ayşən Sadıxovanın 3 uşaq anası olduğu bildirilir. (APA)

***

20:26

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Ayşən Sadıxova bıçaqlanma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı qadının öldüyü məlum olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar