Bakıda 16 yaşlı qızı ərə vermək  istədilər - Polis toyu dağıtdı
07 noyabr 2025 18:37 (UTC +04:00)

Bakıda 16 yaşlı qızı ərə vermək istədilər - Polis toyu dağıtdı

0

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları erkən nikah mərasiminin qarşısını alıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli Lent.az-a bildirib ki, rayon ərazisində 16 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və görülən tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb. 

Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi və yetkinlik yaşına çatmayan qızın dini kəbinini kəsən şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Faktla bağlı rayon polis idarəsində istintaq araşdırması davam etdirilir.

Bir daha diqqətə çatdırılır ki, qanunvericiliyinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır və belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə yanaşmalıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar